İlham Əliyev Xudat şəhərinin bir qrup sakini ilə görüşüb

08 sentyabr 2016, 11:40
İlham Əliyev Xudat şəhərinin bir qrup sakini ilə görüşüb

Prezident İlham Əliyev Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışından sonra Xudat şəhərinin bir qrup sakini ilə görüşüb.

Sakinlər dövlətimizin başçısını hərarətlə qarşıladılar:

-Xoş gəlmisiniz, cənab Prezident. Həmişə Siz gələsiniz. Qədəmləriniz mübarək olsun.

Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz?

Sakinlər: Çox sağ olun, şükür Allaha. Səfəriniz xeyirli-bərəkətli olsun!

Prezident İlham Əliyev: Yeni yol çəkilib. Çox rahatdır.

Sakinlər: Çox sağ olun. Sizi burada görməyimizə çox şadıq.

Prezident İlham Əliyev: Xaçmaz inkişaf edir, burada ilk aqropark yaradılıb. Birinci mərhələdə orada təxminən 150 iş yeri açılıb.

Sakinlər: Çox sağ olun. Allah Sizi qorusun! Ölkəmizdə əmin-amanlıq olsun!

X X X

Sakinlər ölkəmizin inkişafı ilə bağlı görülən işlərdən razılıqlarını bildirdilər. Onlar qeyd etdilər ki, son illər bölgələrdəki yaşayış məntəqələri daha da abadlaşır, yeni yollar çəkilir, silsilə sosial layihələr reallaşdırılır və regionlarda yeni iş yerləri yaradılır.

Prezident İlham Əliyev Xaçmaz rayonunun hərtərəfli inkişafının daim diqqət mərkəzində olduğunu, burada müxtəlif layihələrin həyata keçirildiyini, çoxlu sayda yeni iş yerlərinin yaradıldığını vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10