Gerb

08 sentyabr 2016, 15:30
W1siziisijiwmtyvmdkvmdgvnhk1eg9pewnjzv9bymlkzv9maw5hbf8xlmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=daebdda525641fcc

Prezident İlham Əliyev Xaçmaza səfərini başa çatdıraraq Qusara gəlib.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, bu məkan rayon sakinlərinin və Qusara gələn qonaqların ən sevimli istirahət yerlərindən biridir.


Böyük ölçüdə