08 sentyabr 2016, 16:50

Fəridə Bağırovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bizə böyük etimad göstərərək məktəbimizin əsaslı təmirindən sonra açılışında şəxsən iştirak etdiyiniz üçün Sizə müəllim, şagird və valideyn kollektivi adından dərin minnətdarlığımızı bildiririk.

Sizi əmin edirik ki, doğma Azərbaycanın bundan sonra da tərəqqisi və inkişafı naminə əlimizdən gələni əsirgəməyəcək və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında daha da əzmlə çalışacağıq. Məktəbimizin kollektivi apardığınız uzaqgörən və məqsədyönlü siyasətinizi dəstəkləyir və hər zaman Sizinlə olduğunu bəyan edir.

Hörmətlə,

Nizami rayonu Milli Qəhrəman Yuri Kovalyov adına 229 nömrəli məktəbin kollektivi adından

Bağırova Fəridə

direktor

Azərbaycan Respublikası, Bakı şəhəri.