İlham Əliyev Avropa Parlamentinin vitse-prezidentini qəbul edib

09 sentyabr 2016, 11:20
İlham Əliyev Avropa Parlamentinin vitse-prezidentini qəbul edib

Prezident İlham Əliyev Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Riçard Çarnetskinin Azərbaycanın dostu olduğunu qeyd edərək onun ölkəmizə bir neçə dəfə səfər etməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Avropa Parlamentinin nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycanda gedən proseslərlə daha yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını bildirdi.

Azərbaycanda həyata keçirilən islahatların və görülən işlərin Azərbaycan dövlətinin suveren hüququ olduğunu deyən Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski qeyd etdi ki, biz sizin daxili və beynəlxalq siyasətinizi bəyənirik.

Görüşdə beynəlxalq aləmdə ikili standartların mövcud olduğu, bir sıra məsələlərə qərəzli münasibət göstərildiyi qeyd edildi.

Söhbət zamanı Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi məqsədilə hüquq və qanunvericilik sahəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10