İlham Əliyev Sabirabadda pambıq sahəsi ilə tanış olub

17 sentyabr 2016, 10:30
İlham Əliyev Sabirabadda pambıq sahəsi ilə tanış olub

Prezident İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq tarlası ilə tanış olub.

Dövlətimizin başçısı İlham Əliyev pambıqçılarla görüşdü.

Fatma HÜSEYNOVA dedi: Özüm ali təhsilli aqronomam. Mən bunun sentnerini hesablamışam, təxminən 35-40 sentner arasında məhsul olacaq. Ümumiyyətlə, bizim Sabirabadda pambıq pis deyil.

Prezident İlham ƏLİYEV: Amma son vaxtlar az əkilir. Ona görə gəlmişəm ki, bərpa edim.

Fatma HÜSEYNOVA: Bəli, bunu bərpa etmisiniz. Allah Sizə ömür versin. Bax, bu, qızların çörəyidir, həyatıdır. Vallah, hamısı sevinir. Eşidən də deyir Allah Prezidentin köməyi olsun ki, bunu bərpa etdi, təzədən qaytardı.

Prezident İlham ƏLİYEV: Mənə məlumat verilib ki, bu il altı min hektar əkilib. Gələn il 15 min hektar olacaq.

Fatma Hüseynova 15 hektar sahədə yaxşı məhsul yetişdirmək üçün onlara hər cür şərait yaradıldığını bildirdi. O, ulu öndər Heydər Əliyevin bu tarlalara gəlişini xatırladı, yerli sakinlərin həmin səfərləri və ümumiyyətlə, Ümummilli Liderin xatirəsini daim ehtiramla yad etdiklərini diqqətə çatdırdı.

Sonra söhbət çay süfrəsi arxasında davam etdirildi.

Fatma Hüseynova ulu öndər Heydər Əliyevin Sabirabada səfərlərinin birində çəkilmiş fotoşəkli və səfərə həsr edilmiş yerli “Muğan” qəzetinin bir nüsxəsini dövlətimizin başçısına təqdim etdi.

Pambıqçılar Prezident İlham Əliyev tərəfindən pambıqçılığın yenidən dirçəldilməsi ilə bağlı təşəbbüsünü mühüm hadisə kimi dəyərləndirdilər.

Prezident İlham ƏLİYEV: Biz indi pambığın inkişafını planlı şəkildə aparmalıyıq. Ona görə, indi işlər görülür, qısa müddət ərzində tədbirlər həyata keçirilib, texnika gətirilib, suvarma işləri təmin edilib. Ancaq bizim əsas işimiz gələn il olacaq. Gələn ilə hazırlıqlar ciddi gedəcək. Vaxtımız da çoxdur. Əgər bu il təxminən 51 min hektar əkilibsə, gələn il ölkə üzrə təqribən 120-130 min hektar əkilməlidir. Bu da iş yerləri deməkdir. İnsanları işlə təmin etmək üçün bu, çox vacib sahədir. Yaxşı pul alacaqlar.

Dövlətimizin başçısı rayonda torpaq sahələrinin vəziyyəti ilə maraqlandı.

Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov torpaqlardan təyinatı üzrə istifadə edilməsi üçün görülən tədbirlərlə bağlı Prezidentə məlumat verdi.

Prezident İlham Əliyev pambıqçılığın perspektivləri, pambığın məhsuldarlığının artırılması, hazır məhsulun satınalma qiymətləri ilə əlaqədar pambıqçılarla söhbət etdi.

Söhbət zamanı pambığın məhsuldarlığının artırılmasında müasir suvarma sisteminin tətbiqi, kənd təsərrüfatı texnikasının və gübrələrin alınmasının əhəmiyyəti qeyd edildi.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04