27 sentyabr 2016, 18:00

Məhəmməd İsayev və başqalarından, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Mingəçevir şəhərinə son səfəriniz zamanı təməlqoyma mərasimində iştirak etdiyiniz sənaye parkının tikintisi hamıdan çox biz gəncləri sevindirir. Bu parkın yaradılması ölkəmizdə həyata keçirilən iqtisadi islahatların ruhuna uyğundur və regionun iqtisadi inkişafında, gənclər üçün yeni iş yerlərinin yaradılmasında böyük əhəmiyyətə malikdir. Bu təşəbbüsünüz üçün Sizə təşəkkürümüzü bildiririk.

Hörmətlə,

İsayev Məhəmməd,

Quliyeva Sevinc,

Qurbanov Rəşad,

Şirinov Nicat.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.