03 oktyabr 2016, 16:40

Mirtəmkin Şahbazovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin apardığınız müdrik siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı daha da güclənir, xalqın həyat səviyyəsi durmadan yüksəlir. Mən bir azərbaycanlı gənc olaraq Sizin daxili və xarici siyasətinizi bəyənir, ulu  öndərimiz Heydər Əliyevin idarəçiliyinə heyran qaldığım kimi, Sizin də bu siyasəti uğurla davam etdirməyinizdən heyranlıq duyuram.

Cənab Prezident, yaşadığım Masallı rayonunda Sizin təşəbbüsünüzlə yaradılan şəraiti görüb fərəh hissi duydum, azərbaycanlı olduğum üçün fəxr etdim. Bizim üçün belə gözəl şərait yaratdığınıza görə Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Şahbazov Mirtəmkin Şamil oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu.