İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda olmuşdur

09 may 2011, 13:00
İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda olmuşdur

Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda olmuşdur.

Dövlət başçısı İlham Əliyev alman faşizminə qarşı müharibədə misilsiz rəşadət nümunəsi göstərmiş Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun büstü önünə gül dəstəsi qoydu. Sonra Azərbaycan Prezidenti parkda yaradılan şəraitlə tanış oldu.

Qafur Məmmədovun adını daşıyan park da dövlətimizin başçısının Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlara əsasən qısa müddətdə yenidən qurulmuşdur.
Xüsusi tərtibatı ilə diqqəti cəlb edən parkda müasir fəvvarə quraşdırılmışdır. Parkdakı yaşıllıq zolaqları təzələnmiş, çoxlu sayda bəzək və gül kolları əkilmişdir. Parkın işıqlandırma sistemi də tamamilə dəyişdirilmişdir. Əhalinin istirahəti üçün burada bütün lazımi şərait yaradılmışdır.

Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun qardaşı qızı Tamilla Məmmədova ilə görüşüb söhbət etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10