04 oktyabr 2016, 12:00

Kənan Rzazadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin həyata keçirdiyiniz uğurlu siyasət nəticəsində Azərbaycanda sahibkarlıq durmadan inkişaf edir. Bu siyasətin müsbət nəticələrindən biri də sahibkarlıq fəaliyyətində lisenziyalaşdırmanın vahid mərkəzdən idarə olunması üçün bu işin “ASAN xidmət” mərkəzlərinə verilməsidir. Artıq sahibkarlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək şəffaf şəkildə və çox qısa zamanda lisenziya əldə edə bilirlər. Bu prosesin bəhrəsini görən şirkətlərdən biri də bizim “Park Hill” MTK​ oldu.

Əziz Prezidentimiz, sahibkarlar üçün yaratdığınız bu gözəl şəraitdən tam razıyıq və Sizə dərin minnətdarlığımızı bildiririk. Şirkətimizin bütün kollektivi Sizin uğurlu siyasətinizi dəstəkləyir, Azərbaycanın inkişafına yönəlmiş fəaliyyətinizdə Sizə uğurlar arzulayır.

Hörmətlə,

Rzazadə Kənan Fikrəddin, 

“Park Hill” MTK-nın sədri. 

Azərbaycan Respublikası, Bakı şəhəri.