07 oktyabr 2016, 14:00

Süleyman Süleymanlıdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Uzun illər Sumqayıt şəhərinin neft-kimya potensialının gücləndirilməsindəki və şəhərimizin iqtisadi  inkişafındakı fəaliyyətimin yüksək qiymətləndirilməsi, dövlətimizin başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmağım ölkə rəhbərliyinin öz vətəndaşlarının əməyinə verdiyi yüksək qiymətin bariz nümunəsidir. Biz veteranlar Sizin daxili və xarici siyasətinizi bəyənir, Sumqayıt şəhərinin timsalında ölkəmizin inkişafını əyani surətdə görürük. 

Çox hörmətli Prezident, ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi gördüyünüz bütün işlərinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Süleymanlı Süleyman İsa oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.