10 oktyabr 2016, 12:00

Musa Allahverdiyevdən, Bakı, Azərbaycan

Cənab Prezident,

Sizi səmimi qəlbdən salamlayır, işlərinizdə uğurlar arzu edirəm. Düşmənimiz Ermənistanın “sponsorları” barəsində dediyiniz fikirlər bir vətəndaş kimi məni qürurlandırdı. Düz deyirsiniz, haqlı mövqedəyik, halal olsun Sizə.

Cənab Prezident, Sizi ürəkdən alqışlayıram. Siz Ulu Öndərin layiqli varisisiniz. Dünyadakı iqtisadi böhranla əlaqədar çətinliklər olsa da, ümid edirik ki, əl-ələ verib bu çətinliklərdən də çıxacağıq və birlikdə güclü Azərbaycan dövlətini quracağıq. Bu yolda biz Sizinləyik!

Hörmətlə,

Allahverdiyev Musa Allahverdi oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.