10 oktyabr 2016, 13:50

Atəş Məmmədovdan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident,

Təhsilə və idmana göstərdiyiniz diqqət və qayğının nəticəsi olaraq Azərbaycan gənclərinin beynəlxalq aləmdə uğurları get-gedə artır. Gənc nəslin təlim-tərbiyəsi sahəsində əməyimi “Tərəqqi” medalı ilə qiymətləndirməyiniz məni daha yaxşı işləməyə, bütün bilik və bacarığımı gənclərimizin müstəqil Azərbaycanın layiqli vətəndaşları kimi yetişməsinə sərf etməyə ruhlandırır.

Cənab Prezident, qayğı və diqqətinizə görə Sizə təşəkkür edirəm!

Hörmətlə,

Məmmədov Atəş Məmməd oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.