10 oktyabr 2016, 18:00

Nurəddin Quliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan milli teatr mədəniyyətinin inkişafındakı xidmətlərinə görə şəxsimə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi ilə bağlı Sərəncamınıza görə öz adımdan, eyni zamanda, bütün ailəm adından Sizə minnətdarlığımı bildirirəm.

Hörmətli cənab Prezident, göstərdiyiniz bu diqqətə, verdiyiniz bu yüksək dəyərə görə Sizə uzun ömür, möhkəm cansağlığı, millətimizin və dövlətimizin əbədi var olması yolundakı məqsədyönlü fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Məhz Sizin rəhbərliyiniz altında müstəqil Azərbaycan çiçəklənir, qüvvətlənir, siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə inkaredilməz böyük uğurlar qazanır, beynəlxalq aləmdə nüfuzunu ildən-ilə artırır. Məhz Sizin diqqətiniz və qayğınız nəticəsində Azərbaycan mədəniyyəti inkişaf edir, dünya mədəniyyətinin çox vacib bir hissəsinə çevrilir.

Hörmətli cənab Prezident, Sizi əmin etmək istəyirik ki, biz mədəniyyət sahəsində çalışanlar daim Sizin yanınızdayıq və bu, həmişə belə olacaqdır. Bütün işimiz və fəaliyyətimizlə Sizin böyük etimadınızı doğruldacağıq.

Cənab Ali Baş Komandan, bütün əmr və tapşırıqlarınızı hər zaman yerinə yetirməyə hazırıq.

Dərin hörmətlə,

Quliyev (Mehdixanlı) Nurəddin Əzulla oğlu, Xalq Artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri.