18 oktyabr 2016, 13:00

Famil Səfiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlillərinin yaşadığı binanın ətrafında həyata keçirilən abadlıq işlərinə və işıqlandırma sisteminin  qurulmasına görə Sizə minnətdarlığımızı bildiririk. Ümumilikdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan çox razıyıq.

Cənab Prezident, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, müstəqil dövlətimizin möhkəmlənməsi naminə fəaliyyətinizdə  uğurlar arzulayırıq.

Hörmətlə,

Səfiyev Famil Məhəmməd oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.