İlham Əliyev Şri-Lankanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

26 oktyabr 2016, 12:45
İlham Əliyev Şri-Lankanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakupitiya Kuruppu Araççic Rohanacitin etimadnaməsini qəbul edib.

Səfir Yakupitiya Kuruppu Araççic Rohanacit fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Yakupitiya Kuruppu Araççic Rohanacit etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Yakupitiya Kuruppu Araççic Rohanacit Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maitripala Sirisenanın və Baş nazir Ranil Vikremesingenin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Ölkələrimiz arasında mədəni sahədə əlaqələrin mövcud olduğunu deyən səfir bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin önəmini vurğuladı.

Azərbaycan ilə Şri-Lankanın dost ölkələr olduğunu deyən dövlətimizin başçısı hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladı. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı bu istiqamətdə ticarət dövriyyəsinin həcminin artırılmasının qarşıda duran ən mühüm məqsəd olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycan-Şri-Lanka əlaqələrinin inkişaf etdirilməsi baxımından səfirin ölkəmizdəki diplomatik fəaliyyətinin uğurlu olacağına ümidvar olduğunu bildirdi.

Dövlət başçısı Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maitripala Sirisenanın və Baş nazir Ranil Vikremesingenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Şri-Lanka Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10