İlham Əliyev Uruqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

27 oktyabr 2016, 10:05
İlham Əliyev Uruqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Uruqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın etimadnaməsini qəbul edib.

Səfir Enrike Delqado Xenta fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Enrike Delqado Xenta etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafında son vaxtlar müsbət irəliləyişlərin olduğunu deyən dövlətimizin başçısı Bakı Beynəlxalq Humanitar Forumunda Uruqvay nümayəndə heyətinin fəal iştirakının önəmini vurğulayaraq Uruqvay nümayəndə heyəti ilə görüşünü məmnunluqla xatırladı. Uruqvay nümayəndə heyətinin bu Forumda ənənəvi olaraq iştirak etdiyini bildirən Prezident İlham Əliyev bunun ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün də yaxşı imkanlar yaratdığını dedi. Son vaxtlar Azərbaycan-Uruqvay əlaqələrinin inkişafında yaxşı dinamikanın olduğunu vurğulayan dövlətimizin başçısı münasibətlərimizin möhkəmləndirilməsində səfirin fəaliyyətinin də çox böyük əhəmiyyət daşıdığını bildirdi.

Səfir Enrike Delqado Xenta Uruqvay Respublikasının Prezidenti Tabare Vaskesin salamlarını dövlətimizin başçısına çatdırdı. O, həmçinin ölkəsinin Prezidentinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verdiyini dedi. Uruqvaylı diplomat kifayət qədər yeni olan ikitərəfli əlaqələrimizi daha da inkişaf etdirmək niyyətində olduqlarını vurğuladı.

Dövlət başçısı Uruqvay Respublikasının Prezidenti Tabare Vaskesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Uruqvay dövlətinin başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10