Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

08 noyabr 2016, 17:50

Əlahəzrət,

Kamboca Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Kamboca xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 noyabr 2016-cı il.