09 noyabr 2016, 19:00

Xalidə Teymurovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Doğma şəhərimiz Sumqayıtın abadlaşmasında, gündən-günə çiçəklənməsində Sizin böyük rolunuz danılmazdır. Tikilən yaraşıqlı binalar, yeni salınan və gözəlləşən parklar müasir tələblərə tam cavab verir. 

Çox hörmətli Prezident, Sumqayıta və onun sakinlərinə xüsusi diqqət göstərdiyiniz üçün Sizə minnətdarıq. Bütün bu işlərə görə Sizə təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq. 

Hörmətlə, 

Teymurova Xalidə Məhəmməd qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.