11 noyabr 2016, 18:00

İbrahim Cəfərovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin 2016-cı il 7 noyabr tarixli sərəncamlarınızla Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşlarına orden və fəxri adların verilməsinə görə universitetimizin professor-müəllim heyəti və tələbələri adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Sizin müdrik rəhbərliyinizin nəticəsidir ki, müstəqil Azərbaycanımız bu gün ictimai-siyasi baxımdan dünyanın ən sabit ölkələrindəndir. Universitetimizin bütün kollektivi milli maraqlarımıza xidmət edən çoxşaxəli fəaliyyətinizi, uğurlu daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyir, bu siyasətin qələbəsi uğrunda mübarizədə öndə olmaqdan qürur duyur.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, müstəqil Azərbaycanımızın daha da inkişafı və tərəqqisi naminə yeni-yeni uğurlar arzulayırıq.

Səmimi hörmətlə,

Cəfərov İbrahim,

ADAU-nun rektoru.

Azərbaycan Respublikası, Gəncə şəhəri.