14 noyabr 2016, 13:30

Mehman Mikayılov və başqalarından, Lerik, Azərbaycan

Möhtərəm əziz Prezidentimiz,

Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun  tikintisi ilə əlaqədar dövlət büdcəsindən lazımi vəsait ayrılması barədə 2016-cı il 1 noyabr tarixli Sərəncamınıza görə Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.

Ümumilikdə 50 yaşayış məntəqəsini birləşdirən bu yol rayonumuz üçün çox əhəmiyyətlidir. Siz bu Sərəncamınızla on minlərlə insanı sevindirdiniz, onların həyat eşqini daha da alovlandırdınız. Çox sağ olun.

Yaşasın müstəqil Azərbaycan!  Yaşasın Azərbaycan Respublikasının Prezidenti, bizim çoxsaylı uğurlarımızın və sevincimizin memarı cənab İlham Əliyev!

Hörmətlə,

Mikayılov Mehman

Əmrəliyev Fariz

Rüstəmov Atabala

Şahbazov Rəşad və başqaları.

Azərbaycan Respublikası, Lerik rayonu, Bülüdül kəndi.