Sabunçu rayonunda tikilmiş yeni yaşayış binasının açılışında İlham Əliyevin nitqi

25 noyabr 2016, 11:00
Sabunçu rayonunda tikilmiş yeni yaşayış binasının açılışında İlham Əliyevin nitqi

Bu gün Sabunçu rayonunda yeni yaşayış binasının açılışını qeyd edirik. Son illər ərzində Bakıda və Bakıətrafı qəsəbələrdə yüzlərlə, bəlkə də minlərlə yaşayış binası tikilmişdir. Ancaq bu binanın xüsusi əhəmiyyəti var. Bu, 1901-ci ildə tikilmiş və çoxdan qəzalı vəziyyətdə olan binanın yerində inşa edilib. Bu, pilot layihədir. Şadam ki, artıq şəhərimizin müxtəlif yerlərində buna bənzər layihələr icra edilir. Bu layihələrin icrası həm sosial məsələdir, eyni zamanda, şəhərimizi gözəlləşdirir. Bununla bərabər, bu binaları tikən insanlar, şirkətlər də xeyir götürürlər. Yəni, burada hər bir iştirakçı xeyir götürür və beləliklə, bütün qəzalı vəziyyətdə olan binaların yerində tədricən belə gözəl, yaraşıqlı binalar tikiləcək.

Mənə verilən məlumata görə, əvvəlki dövrdə bu binada 34 ailə yaşayıb. İndi binanın girişində əvvəlki binanın görüntüləri əks olunur. Siz, bu binada yaşayanlar bunu əlbəttə ki, yaxşı bilirsiniz. 34 ailəyə 34 mənzil verilib. Üçotaqlı mənzil 105 kvadratmetrdir. Əvvəlki üçotaqlı mənzil 60 kvadratmetr idi. Yəni, iki dəfə çox sahəsi olan təmirli, yaraşıqlı, gözəl mənzillər verilib. Sakinlər bina tikilənə qədər kirayədə qalırdılar, onlara kirayə pulu da verilirdi. İndi isə siz gözəl mənzillərə köçürsünüz.

Bu, çox gözəl təşəbbüsdür, qeyd etdiyim kimi, pilot layihədir. Hazırda şəhərimizin müxtəlif yerlərində buna bənzər 49 layihə icra edilir. Bu binaların tikintisi artıq gedir. Bəzi binaların tikintisi ilə bağlı sakinlərlə danışıqlar aparılır. Ancaq ümid edirəm, sakinlər bu binanı görəndən sonra danışıqlarda daha da ürəklə iştirak edəcəklər, görəcəklər ki, onların maraqları tam təmin olunur.

Belə layihələrin icrasının əsas məqsədi insanları gözəl mənzillərlə təmin etməkdir, özü də pulsuz. Bax, burada yaşayan insanlar bu gün bundan iki dəfə daha böyük mənzillərə sahib olurlar, köçəcəklər, yaxşı yaşayacaqlar. Digər məqsəd şəhərimizin abadlaşmasıdır. Çünki bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Şəhərimizin müxtəlif yerlərində gözəl binalar tikilir. Çox istərdim ki, şəhərimizin bütün yerlərində memarlıq baxımından çox gözəl binalar tikilsin. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı icra edilir və bu layihə, eyni zamanda, memarlığa da verilən böyük töhfədir.

Əlbəttə ki, artıq 115 yaşı olan binada yaşamaq təhlükəli məsələdir. Hələ ki, Bakıda belə binalar kifayət qədər çoxdur. Onların yerində gözəl binalar tikilməlidir və tikilir. Belə layihələrin ölkə iqtisadiyyatına, xüsusilə, inşaat, tikinti materialları sektoruna da çox gözəl təsiri olacaq. Çünki bu il inşaat sektorunda tənəzzül yaşanır, inşaat sektoru təxminən 25-30 faiz aşağı düşür. Belə layihələrin icrası inşaat sektoruna da canlanma gətirəcək. Tikinti materialları ilə məşğul olan şirkətlər də xeyir götürəcək və beləliklə, ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Hazırda 49 binanın tikintisində iştirak edən və iştirak edəcək işçilərin sayı 3-4 min nəfər olacaq. Bu da yeni iş yerlərinin yaradılması deməkdir.

Bu tipli layihələr ölkəmizdə geniş vüsət almalıdır. Həm Bakıda, həm bütün şəhər və rayonlarımızda, harada ki, qəzalı binalar var, biz bütün firmaları, iş adamlarını oraya dəvət edirik. Yerli icra orqanları onlara bütün şəraiti yaratmalıdırlar ki, bu işə daha da həvəslə qoşulsunlar. Beləliklə, qısa müddətdə, bir neçə il ərzində ölkəmizdə bir dənə də qəzalı vəziyyətdə bina olmamalıdır. Bu, həm insanlar üçün lazımdır, həm də ölkə iqtisadiyyatı, iş adamları xeyir götürəcək. Yəni, bu, bir ümumxalq hərəkatı olmalıdır. Bu binanın xüsusiyyəti məhz bundadır. Buna görə mən bu binanın açılışına gəlmişəm. Qeyd etdiyim kimi, Bakıda son illər ərzində yüzlərlə, minlərlə bina tikilib, ancaq bu binanın xüsusi əhəmiyyəti var. Bu, pilot layihədir və bu layihənin çox gözəl gələcəyi olacaq.

Sizi, bu binada əvvəllər yaşayan və indi gözəl şəraitdə yaşayacaq insanları təbrik edirəm, sizə uğurlar arzulayıram. Burada rahat, xoşbəxt yaşayın

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55