Gerb

03 dekabr 2016, 13:55
W1siziisijiwmtyvmtivmdmvndlmdxjuytzuaf90zw1lbf9xb3ltys5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=70777f2e96933c60

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər.

Ağdam Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikiləcək.

“Azəraqrartikinti” ASC-nin sədri Ağalar Vəliyev məlumat verdi ki, Mərkəzin tikintisi üçün rayon icra hakimiyyəti tərəfindən Xındırıstan-Quzanlı avtomobil yolunun kənarında böyük torpaq sahəsi ayrılıb. Mərkəzin binasının ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olacaq. Ərazidə 60 avtomobil üçün dayanacaq tikiləcək. Binada 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə və dərs otaqları yaradılacaq.

Xalqımızın zəngin milli-mənəvi sərvəti olan muğamın təbliğinə və onun yaşadılmasına xidmət edəcək bu mühüm layihə də ölkəmizdə musiqi mədəniyyətinin inkişafına öz töhfəsini verəcək.

Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin təməlini qoydu.

Dövlət başçısı Mərkəzin inşasının keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.


Böyük ölçüdə