05 dekabr 2016, 17:30

Əhməd Ağakişiyevdən, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ölkəmizin hərtərəfli inkişafı naminə göstərdiyiniz səyləri, yürütdüyünüz daxili və xarici siyasəti tam dəstəkləyir, bu məsuliyyətli, fədakar işlərinizdə Sizə müvəffəqiyyətlər arzulayırıq.

Respublikamızın şəhər və rayonlarında aparılan quruculuq və abadlıq işlərinə baxanda qürur hissi keçiririk.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Şirvan şəhərində də böyük işlər görülmüş, yaxşı nailiyyətlər əldə olunmuşdur. Bu il imzaladığınız Sərəncam əsasında isə çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi işlərinə başlanılıb.

Cənab Prezident, bütün bunlara görə Sizə və ölkəmizin birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Əminik ki, belə işlər gələcəkdə də uğurla davam etdiriləcəkdir.

M.İbrahimov küçəsinin sakinləri adından hörmətlə,

Ağakişiyev Əhməd. 

Azərbaycan Respublikası, Şirvan şəhəri.