21 dekabr 2016, 13:20

Cəmilə Həsənovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sumqayıt şəhərinə göstərdiyiniz xüsusi diqqətə görə Sizə təşəkkür edirəm. Doğma şəhərimizdə aparılan quruculuq işləri, o cümlədən yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, yolların təmir edilməsi və yüksək səviyyədə asfaltlaşdırılması, şəhidlər xiyabanında səliqə-sahmanın yaradılması, dənizkənarı bulvarın istifadəyə verilməsi hər birimizi qəlbdən sevindirir. İndi öz şəhərimizlə fəxr edir, gələcəyə böyük ümidlərlə baxırıq.

Cənab Prezident, bir daha Sizə minnətdarlığımı bildirir, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Həsənova Cəmilə Vahid qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.