21 dekabr 2016, 13:45

Şəfaqət Rəsulov və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin dəstəyiniz sayəsində bu ilin avqustunda İsmayıllıda Qafqazda analoqu olmayan velosiped istehsalı zavodu fəaliyyətə başladı. Beynəlxalq standartlar və texnologiyalar əsasında belə bir zavodun əyalətdə tikilməsi bir daha göstərir ki, Sizin əsas məqsədiniz Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, xalqa xidmət göstərmək və insanların sosial vəziyyətini yaxşılaşdırmaqdır.

Cənab Prezident, İsmayıllı ictimaiyyəti adından Sizə dərin minnətdarlığımızı bildirir, dövlətimizin inkişafına yönəlmiş işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Rəsulov Şəfaqət, Əməkdar Müəllim,

Babayev Əlaləm, rayon veteranlar şurasının sədri

İnqilab Həsənov, rayon ağsaqqallar şurasının sədri

Əliyeva Lətifə.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.