İlham Əliyev BP şirkətinin prezidentini qəbul edib

22 dekabr 2016, 11:00
İlham Əliyev BP şirkətinin prezidentini qəbul edib

Prezident İlham Əliyev BP şirkətinin prezidenti Robert Dadlini qəbul edib.

Görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illər uğurlu və qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Görüş zamanı 2024-cü ildən sonra “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi ilə bağlı məsələlər müzakirə edildi. Qeyd edildi ki, bu yatağın gələcəkdə işlənilməsində xarici şirkətlər maraqlıdırlar. Yatağın gələcəkdə uğurla işlənilməsi xarici şirkətlər tərəfindən çoxmilyardlı investisiyaların davam etdirilməsi, böyük həcmdə əlavə neft hasilatı, qarşıdakı illərdə də çoxsaylı yeni iş yerlərinin açılması üçün imkanlar yaradacaq.

Görüşdə, həmçinin “Cənub” qaz dəhlizinin yaradılması və “Şahdəniz-2” layihəsi ilə bağlı aparılan işlərdə əldə edilmiş irəliləyiş, BP şirkətinin “Şəfəq-Asiman” blokunda, Abşeron yarımadasının dayazsulu hissəsində həyata keçirdiyi işlər və BP-nin Azərbaycanın neft-qaz sənayesinin inkişafında iştirakının perspektivləri ilə bağlı məsələlər ətrafında da müzakirələr aparıldı.

gallery-photogallery-photo