24 dekabr 2016, 16:30

İsmayıl Məmmədov və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Dünyada baş verən təlatümlü hadisələrə baxmayaraq, ölkəmizin durmadan inkişaf etməsi, ordumuzun qüdrətlənməsi Sizin müdrik rəhbərliyiniz, Ali Baş Komandanlığınızla bağlıdır. Həyat səviyyəmiz gündən-günə yaxşılaşır, kənd təsərrüfatında fəal iştirakımız üçün lazımı şərait yaradılır. Sizin İsmayıllıya mühüm səfərləriniz rayonumuzu da Azərbaycanın ümumi sürətli inkişafına qoşdu.

Həmçinin qeyd etmək istəyirik ki, indi biz sadə vətəndaşların sözü hər yerdə eşidilir, müraciətimizə həssaslıqla yanaşılır. İçməli su ilə yaranmış problemimizlə bağlı müraciətimizə dərhal baxıldı və çatışmazlıq aradan qaldırıldı. 

Cənab Prezident, biz əminik ki, Azərbaycanımız Sizin rəhbərliyinizlə daim ucalacaq, ərazi bütövlüyümüz bərpa olunacaq, həyatımız daha da firavanlaşacaqdır. Bir daha Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, səadət və xoşbəxtlik arzulayırıq.

Hörmətlə,

Məmmədov İsmayıl Babakişi oğlu

Babayev Maqsud Səməd oğlu

Mehdiyev Əli Nəriman oğlu

Bəkirova Bədirə Xuda qızı

Rəhimov Anar Zakir oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qubaxəlilli kəndi.