05 yanvar 2017, 14:00

Məlikməmməd Əliyevdən, Yardımlı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin tapşırığınızla təbii qazın və elektrik enerjisinın güzəştli limitinin artırılması barədə Tarif Şurasının qərarı kəndimizdə yaşayan bütün insanların sevincinə səbəb olmuşdur. Bir daha sübut etdiniz ki, Azərbaycan xalqının mənafeyi Sizin üçün çox dəyərlidir.

Cənab Prezident, bu humanist addımınıza görə kənd sakinləri adından Sizə minnətdarlığımızı bildirir, Yeni il bayramınızı təbrik edirəm.

Hörmətlə,

Əliyev Məlikməmməd

Azərbaycan Respublikası, Yardımlı rayonu, Urakəran kəndi.