İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşüb

18 yanvar 2017, 10:30
İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşüb

Prezident İlham Əliyev İsveçrəyə işgüzar səfəri çərçivəsində yanvarın 18-də Davosda CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.

CISCO şirkətinin icraçı sədri Con Çambers ölkəmizin xarici şirkətlər üçün etibarlı tərəfdaşa çevrildiyini deyərək Azərbaycan ilə əməkdaşlıq etməyin son dərəcə əlverişli və faydalı olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd etdi, əməkdaşlığımızın da bu mərhələyə uyğunlaşdırılmalı olduğunu vurğuladı.

Söhbət zamanı ictimai xidmətlər, sənaye, kənd təsərrüfatı, turizm, ixracın şaxələndirilməsi sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo