01 fevral 2017, 12:30

Aygün Hüseynovadan, Cəbrayıl, Azərbaycan

Hörmətli cənab Prezident,

Aprel  döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığınız Sərəncam işğal altındakı torpaqlarımızın azad olunması, bərpası və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması istiqamətində böyük qayıdışın başlanğıcıdır. Bu Sərəncam xalqımız, xüsusən də Cəbrayıldan olan köçkünlər üçün olduqca xoş xəbərdir.

Cocuq Mərcanlının işğaldan azad edilməsi Şuşaya, Laçına, Kəlbəcərə, Qubadlıya və işğal altında olan digər torpaqlarımıza yol açır.

Cənab Prezident, Sizin qətiyyətli və ardıcıl siyasətiniz hər birimizdə əminlik yaradır ki, işğal olunmuş torpaqlarımız son qarışına kimi düşmən tapdağından azad ediləcək və biz köçkünlər öz doğma torpaqlarımıza qayıdacağıq.

Soltanlı kənd tam orta məktəbinin kollektivi adından dərin

hörmətlə,

Hüseynova Aygün, direktor.

Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Soltanlı kəndi.