01 fevral 2017, 12:40

Xəyal Eyvazovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Apardığınız düzgün və uğurlu siyasətinizə görə Sizə təşəkkür edirəm. Bilirəm ki, Siz bizim üçün daha yaxşı işlər görmək, xalqa, millətə fədakarlıqla xidmət etmək əzmindəsiniz. Uca Allahdan Sizə və yaxınlarınıza səadət, əmin-amanlıq diləyirəm.

Sizi ürəkdən sevir, Sizə pərəstiş edir və Sizinlə qürur duyuram.

Ulu Tanrı Sizi və yaxınlarınızı qorusun. Amin.

Hörmətlə,

Eyvazov Xəyal Hüseyn oğlu. 

Azərbaycan Respublikası, Bakı şəhəri.