11:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir.
26 aprel 2024, 11:25Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599; 2010, № 4, maddə 276, № 10, maddə 841; 2013, № 11, maddə 1302; 2014, № 4, maddə 342; 2015, № 8, maddə 903, № 12, maddə 1439; 2016, № 2, II kitab, maddə 221) 27.3-cü maddənin birinci cümləsində “sərnişin avtonəqliyyat vasitələrinin sürücüləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına” sözləri “avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə” sözləri ilə, “sərnişin daşımalarını” sözləri “yük və sərnişin daşımalarını” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2016-cı il.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir.
26 aprel 2024, 11:25