04 fevral 2017, 13:00

İsa Orucov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz Tərtər rayonunun Şıxarx qəsəbəsində yaşayırıq. Qəsəbəmiz müharibədən ən çox zərər çəkmiş yaşayış məntəqələrindəndir. Elə ev, elə həyət yoxdur ki, orada müharibənin izi olmasın. Hazırda isə qəsəbəmiz böyük tikinti meydançasını xatırladır. Düşmənin bir addımlığında yerləşən qəsəbəmizdə Sizin dəstəyinizlə 70 ailə üçün ev tikilir. Bu, bizi ürəkdən sevindirir. Cocuq Mərcan kəndi kimi bizim qəsəbəmiz də yenidən qurulur. İnsanların əhval-ruhiyyəsi yüksək, dövlətə, qələbəyə inamımız böyükdür. İnanırıq ki, torpaqlarımız tezliklə işğaldan azad olunacaq, həmin ərazilərdə də yeni evlər, sosial obyektlər tikiləcək və Sizin dediyiniz kimi, torpaqlarımıza böyük qayıdış olacaq.

Möhtərəm cənab Prezident, biz məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Əminik ki, tezliklə bütün Qarabağda böyük tikinti-abadlıq işləri aparılacaq. Tanrı Sizi qorusun.

Tərtər rayon Şıxarx qəsəbəsinin sakinləri adından dərin hörmətlə,

Orucov İsa Hüseyn oğlu (şəhid atası)

Cabbarov Xəyal Yaqub oğlu

Xıdırov Adil Xankişi oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu, Şıxarx qəsəbəsi.