06 fevral 2017, 11:00

Ruslan Hüseynlidən, Xırdalan, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz həmişə uşaqlara və gənclərə qayğı ilə yanaşmısınız. Elmin və təhsilin inkişafına göstərdiyiniz diqqət bizim əsil vətəndaş kimi formalaşmağımıza xidmət edir. Mən də böyüyəndə xalqıma və dövlətimə layiqli vətəndaş olmaq əzmindəyəm.

Cənab Prezident, Sizin kimi gələcəkdə Vətənimə, xalqıma, dövlətimə xidmət edəcəyimə söz verirəm. Sizi dəstəkləyir, bu çətin və şərəfli yolda Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Hüseynli Ruslan Ramil oğlu

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.