Gerb

07 fevral 2017, 15:30

Hörmətli cənab Prezident,

Sizin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamınız veteran döyüşçü  və idman xadimi kimi məni çox fərəhləndirdi. Bu tarixi Sərəncamınız xalqımızda dövlətinə və rəhbərinə inam hissini daha da gücləndirdi. Çünki 23 ildir öz doğma el-obasına həsrət qalan vətəndaşlarımızın intizarına apardığınız məqsədyönlü, prinsipial siyasətiniz sayəsində son qoyulur.

Cənab Prezident, hər birimiz inanırıq ki, artıq böyük qayıdışın astanasındayıq. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı qərarınız aprel zəfərinizin məntiqi davamıdır. Artıq təkzibedilməz faktdır ki, ordumuz torpaqlarımızı işğaldan azad etmək gücündədir və Azərbaycan bu yolda bir addım da geri çəkilmədən hər zaman irəli gedəcəkdir.

Hər zaman Sizin qətiyyətli və ardıcıl siyasətinizə inanan, güvənən xalqımız bu gün tam əmindir ki, Cocuq Mərcanlıya sancılan üçrəngli bayrağımız yaxın zamanlarda Şuşada, Xankəndidə dalğalanacaq. Azərbaycanın yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsi məhz Sizin Prezidentliyiniz dövründə müsbət həllini tapacaq və Sizin adınız ən yeni tariximizə qızıl hərflərlə yazılacaq. Sizinlə qürur duyuruq, cənab prezident!

Hörmətlə,

Şərifov Hicran İbrahim oğlu,

“Şöhrət” və “Olimpiya” ordenli, olimpiya kateqoriyalı hakim, Prezidentin fəxri diplomçusu, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, polis polkovnik-leytenantı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.