Pakistan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məmnun Hüseynə

17 fevral 2017, 12:25

Hörmətli cənab Prezident,

Son günlər ölkənizdə törədilmiş terror aktları bizi son dərəcə kədərləndirir.

Biz bu amansız əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 fevral 2017-ci il.