18 fevral 2017, 13:00

Saday Rüstəmov və başqalarından, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident,

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamınız biz cəbrayıllıların çoxdan həsrətlə gözlədiyi tarixi bir hadisədir. Böyük qayıdışın başlanğıcı olan bu Sərəncamınız ürəyimizcədir. Hər birimizdə əminlik yaranıb ki, işğal altındakı torpaqlarımız Sizin rəhbərliyinizlə son qarışınadək düşmən işğalından azad ediləcək və biz illərdir həsrətində olduğumuz doğma yurdumuza qayıdacağıq. 

Cənab Prezidentimiz, Sizə bu müqəddəs yolda uğurlar arzulayırıq. Bütün cəbrayıllılar Sizinlədir.

Cəbrayıl rayonu 8 saylı qəsəbənin sakinləri adından dərin hörmətlə,

 Rüstəmov Saday Paşa oğlu,

Həsənov İlqar Həmid oğlu

İbadov İlyas Bayram oğlu,

Lazımov Telman Teymur oğlu və başqaları    .

Azərbaycan Respublikası, Biləsuvar rayonu.