22 fevral 2017, 14:20

Bəhlul Adıgözəlov və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Bizə göstərdiyiniz diqqət və qayğıya, xüsusilə də kommunal ödənişlərimizlə bağlı bu günlərdə imzaladığınız Fərmana görə ailələrimiz adından, həmçinin məskunlaşdığımız yataqxanalardakı bütün məcburi köçkünlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Sizin qayğınızı daim hiss edirik və bu, bizi sevindirir. Allah hər zaman Sizi sevindirsin. Sağ olun, var olun.

Qubadlı rayonundan olan məcburi köçkünlər adından dərin hörmətlə,

Adıgözəlov Bəhlul İslam oğlu

Hüsüyev Mehdiqulu Qoşun oğlu.

Azərbaycan Respublikası, Sumqayıt  şəhəri.