Gerb

27 fevral 2017, 13:30
W1siziisijiwmtcvmdivmjcvnzq0d21vdxvmof8wmdkuslbhil0swyjwiiwidgh1bwiilci2ntr4mzi3iyjdxq?sha=df956ffae1708a7c

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidentinin Qətərə səfərinin əlaqələrimizin daha da genişləndirilməsi və əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Böyük ölçüdə