Gerb

28 fevral 2017, 14:00

Hörmətli cənab Prezident!

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamınıza görə Sizə dərin minnətdarlığımızı bildirirəm. Torpaqlarımızın bir hissəsinin işğaldan azad olunması və orada bərpa işlərinə başlanılması hər bir azərbaycanlı kimi məni də həddindən artıq sevindirir.

Möhtərəm Prezident, Siz gözü yol çəkən, ürəyi torpaq həsrəti ilə döyünən çoxlu sayda insanın intizarına son qoydunuz. İnanırıq ki, Siz bütün məcburi köçkünlərə bu sevinci yaşadacaqsınız.

Hörmətlə,

Mahmudov Məhəmməd Dadaş oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Corat qəsəbəsi.