28 fevral 2017, 14:40

A.Abbasovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sumqayıt şəhəri tarixinin ən yeni inkişaf mərhələsini yaşayır. Şəhərimizdə aparılan çoxsaylı abadlıq işləri sumqayıtlıların rahat həyat şəraitini və rifahını təmin edir.

Çoxmərtəbəli binalarda liftlərin yenilənməsi, dam örtüklərinin dəyişdirilməsi, yolların təmiri, nəqliyyat xətlərinə yeni, rahat və çoxtutumlu avtobusların buraxılması biz sakinlərin ürəyincədir.

Şəhərimizdə yeni dənizkənarı parkın istifadəyə verilməsi isə nəinki biz sakinləri, hətta şəhərimizin qonaqlarının zövqünü oxşayır.

Hörmətli cənab Prezident, şəhərimizə və onun sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik.

Hörmətlə,

Abbasov A.A.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 13-cü mikrorayon.