28 fevral 2017, 16:00

Mahir Muradovdan, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti dəstəkləyir və Sizə həmişə güvənirik. Müxtəlif tədbirlərdə etdiyiniz çıxışlarınızda dövlət məmurlarına verdiyiniz tapşırıqların uğurla icra edilməsi, bunun nəticəsində bir çox problemlərin öz həllini tapması bizi çox sevindirir.

Gənclərin hərbi xidmətə çağırılması ilə bağlı prosedurun təkmiləşdirilməsi, əsgərlərimizin qulluq etdiyi hərbi hissələrdə yüksək səliqə-sahmanın və nizam-intizamın yaradılması istiqamətində görülən tədbirlər müsbət nəticələrini verir. Biz övladlarımızı hərbi xidmətə böyük sevinclə yola salırıq.

Cənab Prezident, bu işlər, ilk növbədə, Sizin qayğınız sayəsində həyata keçirilib. Ona görə də kəndimizin sakinləri, o cümlədən Qarabağ müharibəsi əlilləri adından Sizə təşəkkür edirik. Allah Sizi Azərbaycan xalqının başı üstündən əskik etməsin. Amin!

Hörmətlə,

Muradov Mahir.

Azərbaycan Respublikası, Qobustan rayonu, Nabur kəndi.