01 mart 2017, 18:00

Müşviq Məmmədovdan, Göyçay, Azərbaycan

Möhtərəm cənab Prezident,

Dünyada hökm sürən qlobal böhranın və çətinliklərin ölkəmizə müəyyən təsiri olsa da, ümumi inkişafımızı və infrastruktur layihələrinin icrasını dayandıra bilmədi.

Azərbaycanda abadlıq-quruculuq işləri davam etdirilir və biz bunu yaşadığımız Göyçay rayonunun Bığır kəndinin timsalında da görürük. Xüsusilə yolların yenidən qurulması ilə əlaqədar kənd zəhmətkeşləri Sizə dərin minnətdarlıqlarını bildirir, Ulu Tanrıdan möhkəm cansağlığı diləyirlər. 

Möhtərəm Prezident, biz Sizin ətrafınızda sıx birləşmişik və apardığınız uğurlu siyasəti daim dəstəkləyirik.

Hörmətlə,

Məmmədov Müşviq Qüdrət oğlu.

Azərbaycan Respublikası, Göyçay rayonu, Bığır kəndi.