02 mart 2017, 17:15

Pərvaz Cavadlıdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Doğma şəhərimiz Sumqayıtın, eləcə də yaşadığım Corat qəsəbəsinin abadlaşmasında, gündən-günə çiçəklənməsində Sizin böyük rolunuz danılmazdır. Tikilən yaraşıqlı binalar, yeni salınan və gözəlləşən parklar müasir tələblərə tam cavab verir.

Hörmətli cənab Prezident, Sumqayıta və onun sakinlərinə göstərdiyiniz xüsusi diqqətinizə görə Sizə minnətdarıq. Bütün bu işlərə görə Sizə təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

İnanırıq ki, Sumqayıtımız yaxın gələcəkdə bundan da gözəl və yaraşıqlı olacaqdır. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Cavadlı Pərvaz İlqar oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.