Gerb

09 mart 2017, 12:00

Hörmətli cənab Prezident,

Son illərdə Sumqayıtda böyük quruculuq-abadlıq işləri görülüb və hazırda bu proses uğurla davam etdirilir. Şəhərimizdə möhtəşəm Heydər Əliyev Mərkəzinin tikilməsi, binaların təmiri və fasadlarının yenilənməsi, vətəndaşların istirahəti və sağlamlığı üçün dənizkənarı bulvarın yenidən qurulması, övladlarımızın asudə vaxtlarını səmərəli keçirmələri üçün incəsənət və şahmat məktəblərinin açılması bizi çox sevindirir, dövlətimizə olan hörmət və ehtiramımızı daha da artırır.

Əziz Prezidentimiz, bütün bunlar Sizin şəhərimizə olan diqqət və qayğınızın nəticəsidir. Sumqayıta və sumqayıtlılara göstərdiyiniz diqqətə görə yerli sakinlər adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əsgərzadə Aybəniz Azadxan qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

01 mart 2017, 12:55
Mart 2017 more...