13 mart 2017, 14:00

Əyyub Quliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezidentimiz,

Milli Teatr Günü münasibətilə imzaladığınız Sərəncamınızla məni Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq gördüyünüz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Göstərdiyiniz etimad Azərbaycan dirijorluq sənətinə və onu təmsil edən bütün musiqiçilərə olan diqqətinizin bariz nümunəsidir. Azərbaycanın musiqi mədəniyyəti və dirijorluq ifaçılığına bundan sonra da həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda böyük ehtiram və sədaqətlə xidmət edəcəyimə əmin ola bilərsiniz.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, xalqımızın böyük tarixi nailiyyəti olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, doğma torpaqlarımızın işğaldan azad olunması, iqtisadi, siyasi və mədəni dirçəliş yolunda həyata keçirdiyiniz şərəfli işlərinizdə yeni-yeni uğurlar arzu edirəm. Məhz bu nailiyyətlərin ilhamçısı və qurucusu kimi Sizə bəşəri sevinc və səadət diləyirəm.

Səmimi hörmət və ehtiramla,

Quliyev Əyyub,

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru,

Prezident mükafatçısı.

Azərbaycan Respublikası, Bakı şəhəri.