N.İ.Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

13 mart 2017, 17:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Novruz İsmayıl oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2017-ci il.