İlham Əliyevin “Total” şirkətinin prezidenti ilə görüşü olub

13 mart 2017, 18:55
İlham Əliyevin “Total” şirkətinin prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin  Parisdə “Total” şirkətinin prezidenti Patrik Puyane ilə görüşü olub.

Patrik Puyane Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını dedi, Bakının gözəl şəhərlərdən birinə çevrildiyini vurğuladı.

Söhbət zamanı SOCAR ilə “Total” arasında əlaqələrin inkişafı, “Abşeron” yatağının işlənilməsi, “Ümid”, “Babək” qaz-kondensat yataqları üzrə əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo