14 mart 2017, 14:50

Günay Rəhimovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə məni “Dövlət qulluğunda fərqlənmə medalı” ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Mənə göstərdiyiniz bu böyük etimadı doğrultmaq üçün var gücümlə çalışacağıma söz verirəm.

Beynəlxalq qadınlar bayramı ərəfəsində Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadının yüksək mükafatlara layiq görülməsi Sizin qadınlarımıza olan xüsusi diqqət və qayğınızın təzahürüdür.

Möhtərəm cənab Prezident, Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın dünyada qüdrətli bir dövlətə çevrilməsi istiqamətində apardığınız işlərdə uğurlar arzu edirəm. Azərbaycan gəncləri adından bildirmək istərdim ki, bütün fəaliyyətimiz boyu həmişə Sizinlə birlikdə olacağıq.

Azərbaycan gəncliyinə və xanımlarına göstərdiyiniz etimada görə bir daha Sizə təşəkkürümü bildirirəm.

Dərin hörmətlə,

Rəhimova Günay.

Azərbaycan Respublikası, Bakı şəhəri.