16 mart 2017, 12:40

Fuad İbrahimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Əməyimə verdiyiniz yüksək qiymətə və mənə göstərdiyiniz etimada görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Respublikamızın “Əməkdar artisti” fəxri adını ehtiram və şərəflə daşımağa çalışacağam. Sizi əmin edirəm ki, musiqi mədəniyyətimizin inkişafı üçün bilik və təcrübəmi əsirgəməyəcəyəm.

Hörmətlə,

İbrahimov Fuad

Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Əməkdar Artist.

Azərbaycan Respublikası, Bakı şəhəri.